Moskvanın Domodedova hava limanında soyğunçuluq hadisəsi baş verib.
7NEWS.Az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxslər Qırğızıstan paytaxtı Bişkekdən Moskvaya gələn iş adamlarına hücum ediblər və onların üzərində olan 4 milyon dollara yaxın vəsaiti ələ keçiriblər.
Hadisə nəticəsində yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








