RU
Moskvada ŞOK — Ailəsini girov götürən kişidən dəhşətli cinayət + VİDEO
01:33
555

Moskvada ŞOK — Ailəsini girov götürən kişidən dəhşətli cinayət + VİDEO

Rusiya paytaxtı Moskva şəhərində ailə faciəsi yaşanıb.

Rusiya vaxtı ilə saat 20 radələrində ruhi xəstə olan bir kişi ailəsini girov götürüb. 

Leonid Ovodov adlı şəxs arvadını və 3 azyaşlı övladını girov götürüb. O, heç kimin mənzilə girməsin deyə evin qapısını bağlayıb. O, Rusiyadan bezdiyini və onun üçün orada təhlükə olduğunu bildirib.

Leonid Ovodovun sözlərinə görə, onu kimlərsə öldürmək istəyib. Bu səbəbdən L.Ovodov İran, Çin və ya Şimali Koreyadan sığınacaq istədiyini bəyan edib. 

Polislərlə danışan zaman qəzəblənən kişi qadına və uşaqlardan birinə bıçaqla xəsarət yetirib. Daha sonra özünü pəncərədən atıb.

L.Ovodov xüsusi qurulmuş torun üstünə düşüb və ölməyib. Polis dərhal onu həbs edib. Xilasedicilər isə evə giriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin uşaqlardan biri ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb./olke.az
 
7news.Az
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ