Dörd minik avtomobili ardıcıl olaraq yolda dayanan yük maşınına çırpılıb.
"Life” portalının məlumatına görə, hadisə martın 26-da gecə saatlarında Moskva dairəvi avtomobil yolunda baş verib.
Kadrlardan göründüyü kimi yaranan nasazlıq səbəbindən yük maşını yolun ortasında dayanıb. Onu təmirə aparmaq üçün evakuator çağırılıb. Lakin elə bu anda arxadan gələn minik avtomobilinin yük maşınına çırpılması zəncirvari qəzaya səbəb olub.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib.








