ABŞ və digər müttəfiqləri Rusiya ilə sərhəddə qoşun yığır
Bu hadisə Moskvanın qəzəbinə səbəb olub və hərbi gəmidən suya buraxılan tanklarla təlim keçilib.
Soyuq Müharibədən bu yana ABŞ ilk dəfədir ki, hərbçilərini Rusiyanın sərhəddinə yığır. Gərginləşən münasibətlər fonunda rəsmi Moskva quruda və dənizdə hərəkət edə bilən tankların təliminə start verib. Ukrayna ilə sərhəd ərazidə, sahil rayonunda həyata keçirilən təlimlərdə suya buraxılan tanklar üzərək quruya çıxır.
Təlimləri əks etdirən görüntülər Rusiyanın müdafiə nazirliyi tərəfindən yayımlanıb. Rusiya istehsalı olan yeni nəsil tanklar 45 km/saat sürətlə hərəkət edir. Putin isə ötən həftə hərbi hava qüvvələrinə müharibəyə hazırlıq əmrini vermişdi.
ABŞ hərbçiləri və tankları dünən Rumıniyadakı hərbi bazaya yerləşdirilib. Qərb mətbuatında yayılan bir xəbərə görə isə, Rusiya nüvə raketlərini hazırlıq vəziyyətinə gətirib./olke.az
7news.Az








