İraqın Mosul şəhərində dalbadal partlayış törədilib
Nəticədə 9 nəfər həlak oldu.
Verilən xəbərə əsasən, partlayışlar şəhərin şərq rayonlarında-ən-Nur və əz-Zühur rayonlarında vaş verib.
Əz-Zühur rayonunda əyninə bombalı paltar geymiş kamikadze restoranların birində partlayış törədib. Yerli xəstəxanadan verilən xəbərə əsasən, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Mosulun qərb hissəsinə hələ ki, İŞİD terrorçuları nəzarət edir. İraq ordusu 3 aydır ki, Mosulu mühasirəyə alıb. Şərqi Mosul koalisiya qüvvələrinin əməliyyatı nəticəsində azad edilib. Artıq azad edilmiş rayonlara 30 min sakin qayıdıb./olke.az
7news.Az








