RU
MSK “Rəy”lə bağlı qərar verdi
16:34
394

MSK “Rəy”lə bağlı qərar verdi

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll” keçirmək üçün müraciət etmiş "Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

7News.Az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

MSK sədrinin müavini Rövsət Qasımov deyib ki, təşkilat 118 dairə üzrə 1080 dairədə "exit-poll” keçirəcək.

Onun sözlərinə görə, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib və 1080 müsahidəçi prosesə cəlb olunub.

MSK "Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

MSK-nın iclasında həmçinin "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə "exit-poll” keçirəcək təşkilat kimi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ