RU
MTRŞ-nın bayker vəkilinin ölümü ilə bağlı - Rəsmi məlumat
08:15
574

MTRŞ-nın bayker vəkilinin ölümü ilə bağlı - Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən ICMAL.az-a daxil olan məlumata görə, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi "Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi "QAZel” markalı avtomobilə vurub, nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ