Türkiyədə həbs olunan azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun məhkəməsinin vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib.
Belə ki, "Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib. Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək.
Qeyd edək ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.
7News.Az








