RU
Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirdi
17:21
591

Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirdi

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması barədə yayılan məlumata münasibət bildirib. 

Qurumdan bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

"Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ