Türkiyədə qadın telefonla danışdığı üçün müdiri tərəfindən süpürgə ilə döyülüb.
Sonxeber.az türk mətbuatına istinadən xəbər verir ki, İzmirdə Anadolu küçəsində yerləşən kafenin rəhbəri Osman.D aşpaz köməkçisi kimi işləyən 23 yaşlı Zeynəb Katırcının telefonla danışdığını görərək, narazılığını bildirib.
Osman.D-nın sözlərindən əsəbiləşən Katırcı gələn zəngin önəmli olduğunu söyləyib, daha sonra isə "Telefonla danışmaq qadağandırmı?" deyərək müdiri ilə mübahsə etməyə başlayıb.
Bu zaman müdir Zeynəbə süpürgə ilə hücum çəkərək döyməyə başlayıb. Ölümlə hədələndiyini bildirən Katırcı polisə şikayət edib.











