RU
Müəllimlərin işə qəbulu bu tarixdən başlayır
15:10
35

Müəllimlərin işə qəbulu bu tarixdən başlayır

"İyun-iyul aylarında həyata keçirilən əsas proseslərdən biri müəllim tələbatının qarşılanmasıdır. Bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib. Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, müəllimlərin işə qəbulu müsabiqəsi elektron qaydada, mərkəzləşdirilmiş test imtahanları vasitəsilə həyata keçirilir. Bu il də müsabiqənin test mərhələsi iyulun 1-dən 8-dək keçirilməsi planlaşdırılır. E. Bağırov qeyd edib ki, hökumətin müvafiq qərarına əsasən bu ildən etibarən müsabiqənin bir qisim namizədlər üçün ödənişli olması nəzərdə tutulur: "Lakin bir sıra kateqoriyalar bu ödənişdən azad olunacaq. Belə ki, pedaqoji ixtisaslar üzrə ali təhsil müəssisələrini yeni bitirənlər, əvvəlki illərdə məzun olub ilk dəfə iştirak edən namizədlər, həmçinin şəhid ailə üzvləri, müharibə veteranlarının ailə üzvləri və ünvanlı sosial yardım alan vətəndaşlar üçün imtahanda iştirak ödənişsiz olacaq". 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ