RU
Müəllimlərlə keçirilmiş müsahibələrin nəticələri elan olundu
11:31
502

Müəllimlərlə keçirilmiş müsahibələrin nəticələri elan olundu

Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub.

7news.Az xəbər verir ki, işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib.

 

Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-cı tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ