7NEWS.az xəbər verir ki, Rusiyalı pediatr Nadejda Buyanova Ukrayna müharibəsi ilə bağlı söylədiyi fikirlərə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. İddialara görə, Buyanova xəstəsinin müharibə zamanı dünyasını dəyişən əsgər atasının Ukrayna üçün "qanuni hədəf” olduğunu iddia edib. Buyanova müdafiə çıxışında bildirib ki, söhbətin baş verdiyinə dair kifayət qədər sübut yoxdur, çünki prokurorlarda deyilənlərlə bağlı heç bir qeyd yoxdur.








