RU
Müharibə qızışır: Rusiya Ukraynada ABŞ və Britaniya silahlarına qarşı ilk dəfə qitələrarası ballistik raketlərdən istifadə etdi!
16:40
102

Müharibə qızışır: Rusiya Ukraynada ABŞ və Britaniya silahlarına qarşı ilk dəfə qitələrarası ballistik raketlərdən istifadə etdi!


7NEWS.az xəbər verir ki, Ukrayna mediası Rusiyanın Dnepr şəhərini vurmaq üçün RS-26 "Rubej” qitələrarası ballistik raketindən istifadə etdiyini yazıb. Rusiya müharibə başlayandan bəri ilk dəfədir ki, bu raketlərdən istifadə edir. Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, RS-26 5800 km məsafə qət edə bilir. Dünən Moskva Ukraynanın Rusiya ərazisinə ABŞ-ın verdiyi uzunmənzilli ATACMS raketlərini və Britaniyanın uzaqmənzilli "Storm Shadow” raketlərini atdığını açıqlayıb. Digər tərəfdən, Rusiya lideri Putin bu yaxınlarda ölkəsinə ballistik raket hücumları zamanı nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ