Dnestryanı münaqişəsinin yalnız sülh yolu ilə həllini axtaracam.
Bunu Moldova Prezidenti Maya Sandu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşündən sonra deyib.
"Bu gün İsveçin XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüm oldu. Hər iki tərəfin yaxınlaşması üçün sülh yolunun axtarılmasını vacibliyini vurğuladım. Fakt odur ki, Dnestrin sol sahilinin sakinləri Moldovanın tamhüquqlu vətəndaşlarıdır”, – Sandu bildirib.
7NEWS.Az








