Suriyanın İŞİD terror təşkilatından azad edilməsini bayram edən vətəndaşlar terror qruplaşmasına etiraz olaraq onların gətirdiyi qayda-qanunları bir-bir yox etməyə başlayıb.
Qara çadra geyinməyə məcbur edilən qadınlar çadraları yandırmağa başlayıb. Kişilər isə artıq saqqal saxlamaq məcburiyyəti olmadığından, saqqallarını təraş edib.
"Daily mail” xəbər portalının əməkdaşları tərəfindən çəkilmiş videoda qadınların çadralarını yandırdığı görüntülənib. Kameralara danışan bir qadın "bu çadranı yandırın, Allah da İŞİD-i yandırsın. Çünki, onlar mənim qardaşımı yandırdılar” deyə üsyan edib./publika
7news.Az










