Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində müsəlmanlarla xristianlar arasında qanlı toqquşma olub.
Toqquşma nəticəsində 21 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Tibb işçiləri və şahidlərin sözlərinə görə, insident xristianların çoxluq təşkil elədiyi rayonda qeydə alınıb.
Hücumun küçədə meyiti tapılmış müsəlmana görə qisas aktı olduğu istisna edilmir.
Qeyd edilir ki, bu, Fransa və BMT sülhməramlılarının qoruduğu şəhərdə ən ciddi zorakılıq aktıdır./milli
7news.az








