7NEWS.az xəbər verir ki, bu barədə Müşfiq Cəfərov Prezident İlham Əliyevin İtalya səfərini şərh edərkən deyib: "İki ölkə arasında strateji əməkdaşlığın güclənməsi, beynəlxalq hüquq çərçivəsində eyni dəyərləri bölüşməsi həm Avropa Birliyi, həm də Qafqaz regionu üçün vacib perspektivlər vəd edir. İkitərəfli əlaqələrin möhkəmlənməsi yolunda Azərbaycan Prezidentinin apardığı xarici siyasət bütün istiqamətlərdə öz bəhrəsini verir və İtaliyanın bir daha Azərbaycanın ərazi bütövlüyünü prinsipial olaraq dəstəkləməsi buna misaldır. Cənab Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan öz dəyərləri və imkanları ilə regionda nüfuz dairəsini genişləndirir və bu genişlənmə regionun inkişafında maraqlı olan hər bir ölkə üçün cəlbedicidir. Prezident İtaliya səfəri zamanı İtaliya Prezidenti ilə, İtaliya Nazirlər Şurasının sədri ilə, İtaliya Senatının sədri ilə görüş keçirib.İtaliya prezidenti ilə Azərbaycan prezidenti Cənab İlham Əliyevin son görüşündə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi mövzuları müzakirə olundu. Bu səfər çərçivəsində imzalanan 20-yə qədər müqaviləyə nəzər salsaq görərik ki, imzalanan müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan prezidentinin İtaliya səfəri dövlətlər arasında yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək.”








