7NEWS.az xəbər verir ki, ABŞ rəsmiləri Günəşdən qopan nəhəng plazma kürəsinin və onu müşayiət edən maqnit sahəsinin Yerə dəyərək müxtəlif yerlərdən görünən auroralara səbəb ola biləcəyini açıqlayıb. Xəbərdarlıqda bildirilirdi ki, bu fırtınalar Yer orbitindəki peykləri sıradan çıxara, radio siqnalları və GPS sistemlərində nasazlıqlara səbəb ola bilər.








