RU
Mövlud Çavuşoğlu
16:30
627

Mövlud Çavuşoğlu "Krım platforması"nda iştirak etmək üçün Ukraynadadır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak etmək üçün Ukraynadadır.

Mövlud Çavuşoğlu bununla bağlı tvitterdəki şəxsi hesabında məlumat verib.

 
=====

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək.

"Krım Platforması" sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, "Krım Platforması" Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb.

Sözügedən platformanın inauqurasiya sammiti və onun fəaliyyətə başlaması 23 avqustda həyata keçiriləcək.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ