"Hazırkı gərginliyin səbəbkarı Yunanıstandır”.
7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O söyləyib ki, Yunanıstan danışıqlara etinasız yanaşır: "Üçüncü güclər, o cümlədən Fransa Prezidenti Emmanuel Makron bizi görüşə çağırır. Biz müzakirəyə etiraz etmirik. Amma gərək dialoqun nəticəsi olsun”.
M.Çavuşoğlu rəsmi Ankaranın danışıqların tərəfdarı olduğunu xatırladıb: "Lakin Yunanıstan səmimi olmalıdır”.
7NEWS.Az







