7NEWS.az xəbər verir ki, Myanma Dövlət İnzibati Şurasının (SAC) sədri general Min Aunq Hlainq ölkənin 75-ci müstəqillik günü münasibətilə 7 min 12 məhbusun amnistiyaya məruz qaldığını açıqlayıb. Dövlət televiziyası tərəfindən verilən açıqlamada bildirilib ki, qərar adam öldürmə, zorlama, qeyri-qanuni təşkilat yaratmaq, partlayıcı maddə, silah, narkotik maddə saxlamaq və korrupsiya ilə bağlı cinayətlərdə təqsirli bilinənlərə şamil edilmir. Həmçinin ölkədə bəzi məhbusların cəzalarının altıda bir azaldıldığı bildirilib. Siyasi məhbusların amnistiya qərarı çərçivəsində azad edilib-edilməyəcəyi hələlik məlum deyil. Myanmada 8 noyabr 2020-ci il seçkilərində saxtakarlıq edildiyini iddia edərək 1 fevral 2021-ci ildə çevriliş edən xunta, başda ölkənin faktiki lideri Aunq San Suu Kyi olmaqla bir çox məmuru və hakim partiya rəhbərlərini həbs edib.
7NEWS.az








