7NEWS.az xəbər verir ki, Namibiyanın paytaxtı Vindhukdakı mübahisəli heykəl fəalların təzyiqindən sonra götürülüb. Vindhukdakı alman müstəmləkə zabiti Kurt fon Fransuanın 2,4 metr uzunluğunda bürünc heykəli kranın köməyi ilə postamentindən götürülüb. Heykəlin söküldüyü anlar alqışlarla qeyd olunub. Kurt fon Fransuanın heykəli Vindhuk şəhərinin qurucusu kimi göründüyü üçün 1965-ci ildə ucaldılıb.
7NEWS.az








