Dünən axşam saatlarında Ankaranın Kahramankazan qəsəbəsində namus davası ölümlə bitib.
7News.Az İHA-ya istinadən xəbər verir ki, Güray Y. (32) bacısı ilə görüşdüyünü öyrəndiyi Mehmet A. (47) ilə görüş təyin edib.
Mehmet A.-nın işlətdiyi mağazada bir müddət mübahisə edən şəxslərin söhbəti qısa zamanda davaya dönüb. Özü ilə gətirdiyi silahı Mehmet A.-ya tuşlayaraq bir neçə atəş açan Güray Y. onu ağır yaralayıb.
Sonra həmin silahla öz başına tək atəş açan Güray Y. hadisə yerində intihar edib.
Qan içində yerdə yatan Mehmet A. hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
7News.Az









