RU
Nardaran sakini saxlanıldı - Qanunsuz silaha görə
15:39
275

Nardaran sakini saxlanıldı - Qanunsuz silaha görə

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə Nardaran qəsəbəsi sakini Taleh Xudaverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatına görə, onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd "Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ