RU
Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb
17:16
570

Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov vəzifəsindən uzaqlaşdırılıb

Bu barədə 7news.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib:

"Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib”.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ