Rusiyanın Omsk şəhərində 13 yaşlı qız ölümdən xilas edilib. Narkomanın girov götürdüyü uşağı polislər azad ediblər.
Olay Omsk şəhərinin 11-ci Severnaya küçəsindəki evlərdən birində yaşanıb. Məktəbdə karantin olduğundan 13 yaşlı qız evdə, nənəsi ilə birlikdə idi.
Nənə evin qapısını bağlamamışdı.
Qəflətən evə yad kişi girib. Qorxmuş nənə dərhal polisə zəng vurub.
Hadisə yerinə gəlmiş polislər əlindəki bıçağı 13 yaşlı qızın belinə dayamış, uşağı girov götürmüş kişini görüblər.
Yevgeni Zavagin adlı narkoman olan cinayətkar heroin tələb edirdi.
Polislər narkomanı dilə tutur, "Jenya, burax uşağı! O, uşaqdır!" - deyirdilər.
Evə təcili yardım heyəti girəndə Jenya onlara baxıb və bu andan istifadə edən xüsusi təyinatlı polislər otağa girərək narkomanı çarpayıya yıxıblar, uşağı azad ediblər.
41 yaşlı Y.Zavagin indiyədək qarət və oğurluqlara görə dəfələrlə məhkum olunub. Həbsxanadan çıxandan sonra Nadejdino kəndində yaşayan Jenya yanvarın 31-də Omska yollanıb, oteldə yaşamağa başlayıb.
Narkotik maddə qəbul edəndən sonra o, qarşısına çıxan ilk evə girib.
İndi Y.Zavagini 15 ilədək həbs cəzası gözləyir.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:











