RU
Narkotik istifadəçilərinin pasportları və sürücülük vəsiqələri əllərindən alınacaq
20:50
573

Narkotik istifadəçilərinin pasportları və sürücülük vəsiqələri əllərindən alınacaq

Böyük Britaniyada hökumət narkotik istifadəçilərinin pasportlarının əlindən alınmasını ehtiva edən təklifi parlamentə təqdim etməyə hazırlaşır.

Baş nazir Boris Conson isə narkotiklərlə mübarizədə qərarlı olduqlarını bildirib.

Böyük Britaniya hökumətinin bu həftə narkotiklərlə mübarizə üzrə 10 illik strategiyasını açıqlayacağı gözlənilir.

KİV-in məlumatına görə, plana əsasən, şəhərdə yerləşən cinayətkar dəstələrin kiçik yaşayış məntəqələrinə heroin və kokain kimi A sinfinə aid narkotik vasitələrin tədarükünün qarşısının alınması üçün genişmiqyaslı əməliyyatlar aparılacaq.

Narkotik dəstələrinin istifadə etdiyi yol və dəmir yolu şəbəkələri hədəfə alınacaq və həbs edildikdən sonra polis narkotik satıcısının telefonu ilə müştərilərinə mesaj göndərə və narkotikdən uzaq durmalarını xahiş edə biləcək.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində təqsirli bilinən şəxslərin pasportları və sürücülük vəsiqələri də müsadirə oluna bilər.

Mövzu ilə bağlı "Sun" qəzetinə danışan Baş nazir Conson hökumətin "narkotiklərlə mübarizədə qəti qərarlı" olduğunu bildirib./olke

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ