RU
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
12:00
24

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotik vasitənin təsiri altında saxlanılıb.
 
25 aprel 2026-cı il tarixində yol hərəkəti qaydalarını pozduğuna görə "Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilmişdir.

Yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilmişdir.

Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ