RU
NASA MARSA GÖNDƏRMƏYI PLANLAŞDIRDIĞI ROBOTU NÜMAYIŞ ETDIRIB — VİDEO
11:15
364

NASA MARSA GÖNDƏRMƏYI PLANLAŞDIRDIĞI ROBOTU NÜMAYIŞ ETDIRIB — VİDEO

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan "Valkiriya” (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.


7news.Az Report-a istinadən xəbər verir ki, yeni robotun sınaq videosu, idarəetmə alqoritmini yaratmış "IHMC Robotics” institutunun "YouTube” kanalına yerləşdirilib.

"Valkiriya” baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

"Valkiriya”, gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.
 
 
7news.Az


Video Player
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ