RU
NASA Rusiya ilə birgə kosmik uçuşları bərpa edir
23:30
608

NASA Rusiya ilə birgə kosmik uçuşları bərpa edir

ABŞ Aerokosmik Agentliyi NASA Rusiya ilə birgə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş təşkil edəcəyini açıqlayıb.
Məqsəd stansiyada fəaliyyətin davamlılığını təmin etməkdir. Missiyalarda həm rus, həm də ABŞ raketlərindən istifadə ediləcək.

Sentyabrın21-də amerikalı astronavt Frank Rubio 2 rus kosmonavtla birgə BKS-ya "Soyuz” raketi ilə gedəcək. Eyni ayda stansiyaya yola düşəcək rusiyalı kosmonavt Anna Kikina və 2 amerikalı astronavtı isə stansiyaya "Crew-5” kosmik raketi qaldıracaq.

2023-cü ildə də kosmik uçuşlarda hər 2 ölkənin istehsalı olan raketlərdən istifadə olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ