RU
NASA və Pentaqon Mars üçün hərəkətə keçir
18:47
466

NASA və Pentaqon Mars üçün hərəkətə keçir

7NEWS.az xəbər verir ki, NASA və ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Qabaqcıl Müdafiə Tədqiqat Layihəsi Agentliyi (DARPA) Marsa missiyalar üçün istehsal olunacaq nüvə termal raketin mühərrikinin hazırlanması ilə bağlı razılığa gəliblər. NASA-nın verdiyi açıqlamaya görə, Ay və Yer arasında sürətli manevr raket əməliyyatlarını ehtiva edən proqram (DRACO) çərçivəsində DARPA ilə əməkdaşlıq ediləcək. NASA administratoru Bill Nelson, "Biz çoxdankı partnyorumuz DARPA ilə birlikdə ən qısa müddətdə 2027-ci ilə qədər nüvə istilik hərəkəti texnologiyasını inkişaf etdirəcəyik" dedi. O, bu yeni texnologiya ilə astronavtların kosmosa əvvəlkindən daha sürətli səyahət edəcəyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ