"İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi Anar Quliyevin rəhbəri olduğu layihə "Ən yaxşı natiq” müsabiqəsi ilə öz işini yekunlaşdırıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan layihənin sonuncu günü iştirakçılara öncəki təlimlərlə bağlı məlumat verilib. İki gün ərzində öyrəndikləri bilik və bacarıqlardan istifadə edərək təqdimat hazırlayan gənclər öz natiqlik bacarıqlarını nümayiş etdirib. Komanda şəklində müxtəlif mövzularda təqdimatlar hazırlayan gənclər qalib olmaq və ən yaxşı nəticə əldə etmək uğrunda mübarizə aparıb.
Sonda iştirakçılar layihəni uğurla bitirdiklərinə görə təltif olunub.
Ümumilikdə təlimlər zamanı gənclər natiqlik sənəti, natiqlik sənətinin incəlikləri, karyerada uğur qazanmaqda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə, ünsiyyətin formaları, ünsiyyət prosesində bədən dilindən istifadənin əhəmiyyəti ilə bağlı məlumat əldə edib, öyrəndiklərini praktik olaraq tətbiq edib və onları maraqlandıran suallara cavab tapıb.








7NEWS.Az







