RU
18:50
632

"NATO Avropadakı qoşunlarını müharibəyə hazırlayır" - Sergey Şoyqudan İDDİA

"ABŞ və NATO gərginliyi artırır. NATO Avropadakı qoşunlarını müharibəyə hazırlayır".
 
Sfera.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında deyib.

Şoyqu həmçinin Ukraynadakı millətçi hərəkatın Donbasda da qarşıdurmalara səbəb olduğunu söyləyib. "NATO hərbi infrastrukturunu modernləşdirərək əməliyyatlar və döyüşlərdə hazırlığı artırır", - deyə o bildirib.

Nazir qeyd edib ki, Rusiyanın Qərb və Cənub hərbi birləşmələrinin təlimləri ölkənin müharibəyə hazırlığını göstərir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ