NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Xavyer Kolomina özü bildirib.
"Növbəti həftə Qafqaza birinci səfərimi səbirsizliklə gözləyirəm. Mən NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi kimi NATO-nun Qafqazla əməkdaşlığını intensivləşdirmək üçün Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcəm", -deyə o qeyd edib.
7NEWS.Az








