Kansler Angela Merkel: “NATO ilə Rusiya arasında görüşlər yenidən başlamalıdır”
7News.Az “İxlas Xəbər Agentliyi”nə istinadən bildirir ki, Kansler bu sözləri Almaniyada səfərdə olan Latviyanın baş naziri Maris Kuçinskislə görüşü zamanı mətbuat konfransında bildirib.
Görüş zamanı qlobal və regional mövzuları müzakirə edən Merkel və Kuçinskis daha sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“NATO ilə Rusiya arasında görüşlər yenidən başlamalıdır” - deyən Merkel Rusiya təhdidi altındakı Latviya üçün ən böyük daşındırıcı gücün NATO olduğunu qeyd edərək, iyul ayında Varşavada keçiriləcək zirvədə bir çox mövzunun açıqlığa çıxacağını ifadə edib.
NATO ilə danışıqların başlaması üçün nəticəni gözlədiklərini ifadə edən Merkel Almaniya olaraq NATO ilə Rusiya arasında daha təsirli rol almaq istədiklərini ifadə edib.








