RU
NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək - FOTO
15:08
519

NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək - FOTO

NATO-nun beş hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

7News.Az report-a istinadən xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

Gəmi dəstəsinə Almaniyanın RHEIN flaqman gəmisi, Türkiyənin ERDEMLI istehkamçı gəmisi, Bolqarıstanın STIBAR gəmisi, Rumıniyanın Lieutenant Dimitrie Nicolescu mina gəmisi və İspaniyanın TURIA tram gəmisi daxildir.

Batumi limanında keçirilmiş təntənəli mərasimdə Gürcüstanın Sahil Mühafizəsi Departamentinin direktoru Temur Kvantaliani və Acarıstan hökumətinin üzvləri iştirak ediblər.

 

NATO gəmiləri Batumidə noyabrın 5-dək qalacaqlar. Onlar Gürcüstanın Sahil Mühafizəsi Departamentinin nümayəndələri ilə birgə təlimlər keçirəcəklər.

Təlimlərin məqsədi Gürcüstan, NATO və tərəfdaş ölkələrin dəniz hərbi qüvvələri arasında qarşılıqlı əlaqə və uyğunlaşmanın yüksəldilməsidir. 

7News.Az

NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ