RU
18:12
1214

"NATO Rusiya ilə əməkdaşlığa hazırdır"

NATO Rusiya ilə əməkdaşlıq etməyə və beynəlxalq təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətə hazırdır”.

7News.Az-ın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Almaniyada səfərdə olarkən deyib.

Əməkdaşlığın Rusiyadan asılı olduğunu deyən Pentaqon rəhbəri bildirib ki, Moskva qarşılıqlı fəaliyyətdə maraqlıdırsa, güc nümayiş etdirməməlidir: “Bununla bağlı qərar Kremldə verilməlidir. Biz Rusiya ilə “soyuq müharibə” arzulamırıq, Rusiyanı özümüzə düşmən görmək istəmirik ”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ