NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, birgə bəyanat Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasdan sonra qəbul olunub.
Bəyanatda deyilir: "İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə mane olmamağa çağırırıq".
O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumaq, humanitar girişə mane olmamaqdır.
NATO XİN başçıları qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiq olduqlarını vurğulayıblar.
7NEWS.Az







