RU
NATO təlimçiləri Azərbaycana gəlib - FOTO
16:29
357

NATO təlimçiləri Azərbaycana gəlib - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ