RU
NATO Türkiyənin Kabildəki Beynəlxalq Hava Limanında açar rol oynadığı bildirib
22:50
759

NATO Türkiyənin Kabildəki Beynəlxalq Hava Limanında açar rol oynadığı bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransında iştirak edib.


Bu barədə nazir özünün "twıtter” səhifəsində yazıb.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri iclasdan sonra qəbul etdikləri bəyanatda Əfqanıstanda şiddət və zorakılığın dərhal dayandırılması üçün çağırış ediblər.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran NATO Baş Katibi Yens Stoltenberq Türkiyənin Kabildəki Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsində açar rol oynadığını bildirib. Baş katib deyib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ