Naxçıvan Muxtar Respublikasında bu il borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılıb.
Bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Naxçıvanda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2024-cü ilin 6 ayı ərzində axtarışda olduğuna görə ümumilikdə 506, o cümlədən borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.








