• Haqqımızda
  • Reklam
  • Əlaqə
  • AZ
  • RU
RU
  • AKTUAL
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • SİYASƏT
  • DÜNYA
  • SOSİAL
  • HADİSƏ
  • PEŞƏ ETİKASI
  • DİGƏR
    • MARAQLI
    • TƏHLİL
    • İdman
    • DİASPOR
    • ƏDƏBİYYAT
    • MÜSAHİBƏ
    • SIĞORTA
  • MARAQLI
  • TƏHLİL
  • İdman
  • DİASPOR
  • ƏDƏBİYYAT
  • MÜSAHİBƏ
  • SIĞORTA
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı - VİDEO
31 Dekabr 2022, 10:20
31 Dekabr
2022
10:20
54

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı - VİDEO

Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

7News.Az "nuhçıxan”a istinadən xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu.

Buna səbəb kimi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi bildirilir.

Bununla bağlı mətbuatda dərc olunan tənqidi yazılardan sonra bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara bir daha göndərib.

Həmin tariflərə əsasən bu gündən şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib. Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.

Xidmət haqqının yenidən qaydaya salınması sərnişindaşıma ilə məşğul olan sürücülərin narazılıqlarına səbəb olub. Onlar bildirirlər ki, xidmət haqqı aşağı salınsa da, Nəqliyyat Xidməti tərəfindən onlar üçün müəyyən olunan gündəlik plan hələ də 94 manat olaraq qalır.

Hətta marşrut avtobuslarının əksəriyyətinin istismar müddətinin 10 ildən yuxarı olması texniki xərclərin çox olması ilə nəticələnir.

Həmçinin xidmət tərəfindən onlara nə yanacaq, nə də ehtiyat hissələri verilmir. Üstəgəl sürücülərə əməkhaqqının verilməsi də dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyevə görə isə sürücülərin narazılığı əsassızdır.

Sürücülər isə sözügedən müqavilələrin onlara polisin zor tətbiq etməsi ilə bağlatdırıldığını və heç bir hüquqi qüvvəsinin olmadığını bildirdilər.

Nəticə isə onu göstərir ki, sərnişinlərin qanunla müəyyən olunmuş hüquqları bərpa olunsa da, bu dəfə sürücülər çətin vəziyyətdə qalıb. Hər halda aid qurumlar məsələni daha ətraflı araşdıraraq həllinə nail olacaqlar.


naxçıvan müəyyən muxtar qəpik nəqliyyat respublikası sərnişindaşıma xidmətinin şəhərdaxili dövlət səbəb qiymət olunan gündən tərəfindən olması onlara xidmət sürücülərin qaydaya

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində SÜRÜŞMƏ - FOTO

Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində SÜRÜŞMƏ - FOTO

  • 0
  • 0
  • 55
hissəsində bağlı ağsu rayonunun sanqalan kilometrliyində görə sürüşmə yolun quzey istiqamətinə üzrə sorğu verilib aidiyyəti məsələ məlumata gedən verib kəndləri
Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı

  • 0
  • 0
  • 63
bağlı axtarışda görə nəfər verilib ⁠narkotiklərlə təhvil əlaqəli qismində aidiyyəti qanunsuz saxlanılaraq üzrə silah törətməkdə cinayət şübhəli bilinən saxlanılıb edilib
Bayramdan sonra qidalanmaya necə əməl edək? - XƏBƏRDARLIQ

Bayramdan sonra qidalanmaya necə əməl edək? - XƏBƏRDARLIQ

  • 0
  • 0
  • 57
olunur yağlı etmək üçün həzm düzgün sonra bilər tədricən ümumi yüngül keçid məsləhət qidalanma ərzində içmək 5–2 tövsiyə nəzarət qidalanmağı
Bayram namazı qılındı - Fotolar

Bayram namazı qılındı - Fotolar

  • 0
  • 0
  • 56
bayram məscidlərində pərvin fatimeyi zeynalın Əməkdaşımız fevralın başlayıb zəhra” namazından təqdim edirik görüntüləri çəkdiyi ramazan məscidində edək qılınıb Ölkənin namazı
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi çağırış ünvanladı

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi çağırış ünvanladı

  • 0
  • 0
  • 69
olunur bayram həyat olmağa günlərdə həmrəy kəsi fəal aksiyalarında qanvermə dəyərli səsləyir vətəndaşları cəmiyyətin həyatı sağlamlığı onların dəstəyindən könüllü iştirak
Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

  • 0
  • 0
  • 54
bakı bakubus” üzrə fəaliyyət nəzərə günlərində tarixlərində səfər bölgələrə alaraq gücləndirilmiş rejimində göstərəcək gözlənilən edən sərnişinlərin sayında bayram artımı yüksək

Xəbər lenti

  • Yanan yaxtalar ona məxsus imiş

  • Rusiya genişmiqyaslı hücuma hazırlaşır - Bu şəhər HƏDƏFDİR

  • Qətər ordusuna məxsus helikopter qəzaya uğrayıb, altı nəfər ölüb

  • Zaur Əliyevin ətrafında müəmmalı vəziyyət: Vəzifədən gedir, yoxsa həbsə girir?

  • Qoşqar Təhməzlinin iki müavini haqda iddia – Şərifov və Quliyevin gizli şəbəkəsi var?

  • 22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib

  • İran İsraildə aeroportu vurdu

  • İsrail “Hizbullah” hədəflərinə hücum etdi

  • İtaliyada güclü zəlzələ oldu

  • Ağdaşda avtomobil aşıb, sərnişin ölüb

  • ABŞ məhkəməsi Maskı saxtakarlıqda ittiham etdi

  • Tramp: Biz İranla atəşkəs razılaşması istəmirik

  • Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində SÜRÜŞMƏ - FOTO

  • Böyük TƏHLÜKƏ: Etiketsiz kolbasalar “TamStore”a necə daxil olub?

  • "SafƏt Dönər"in direktoru cərimələndi - Çirkab sullara görə....

ƏN ÇOX OXUNANLAR

  • Faiq İbrahimov: “Bank sektorunda köklü islahatlara ehtiyac var”

  • DTX Prezidentin ailəsini şantaj edəni saxladı - Video

  • Premium təmirli mənzillər və 36 ayadək faizsiz daxili kredit imkanı "City Garden Narimanov"da - "Kristal!"

  • Hikmət Hacıyev Parisdə Makronun müşaviri ilə görüşdü

  • Kəmaləddin Heydərovun həbs etdirdiyi iş adamı kimdir? – DETALLAR

  • Haqqımızda
  • Reklam
  • Azerforum
  • Vakansiyalar
  • Əlaqə
Copyright © All rights reserved.