• Haqqımızda
  • Reklam
  • Əlaqə
  • AZ
  • RU
RU
  • AKTUAL
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • SİYASƏT
  • DÜNYA
  • SOSİAL
  • HADİSƏ
  • PEŞƏ ETİKASI
  • DİGƏR
    • MARAQLI
    • TƏHLİL
    • İdman
    • DİASPOR
    • ƏDƏBİYYAT
    • MÜSAHİBƏ
    • SIĞORTA
  • MARAQLI
  • TƏHLİL
  • İdman
  • DİASPOR
  • ƏDƏBİYYAT
  • MÜSAHİBƏ
  • SIĞORTA
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı - VİDEO
31 Dekabr 2022, 10:20
31 Dekabr
2022
10:20
61

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı - VİDEO

Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

7News.Az "nuhçıxan”a istinadən xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu.

Buna səbəb kimi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi bildirilir.

Bununla bağlı mətbuatda dərc olunan tənqidi yazılardan sonra bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara bir daha göndərib.

Həmin tariflərə əsasən bu gündən şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib. Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.

Xidmət haqqının yenidən qaydaya salınması sərnişindaşıma ilə məşğul olan sürücülərin narazılıqlarına səbəb olub. Onlar bildirirlər ki, xidmət haqqı aşağı salınsa da, Nəqliyyat Xidməti tərəfindən onlar üçün müəyyən olunan gündəlik plan hələ də 94 manat olaraq qalır.

Hətta marşrut avtobuslarının əksəriyyətinin istismar müddətinin 10 ildən yuxarı olması texniki xərclərin çox olması ilə nəticələnir.

Həmçinin xidmət tərəfindən onlara nə yanacaq, nə də ehtiyat hissələri verilmir. Üstəgəl sürücülərə əməkhaqqının verilməsi də dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyevə görə isə sürücülərin narazılığı əsassızdır.

Sürücülər isə sözügedən müqavilələrin onlara polisin zor tətbiq etməsi ilə bağlatdırıldığını və heç bir hüquqi qüvvəsinin olmadığını bildirdilər.

Nəticə isə onu göstərir ki, sərnişinlərin qanunla müəyyən olunmuş hüquqları bərpa olunsa da, bu dəfə sürücülər çətin vəziyyətdə qalıb. Hər halda aid qurumlar məsələni daha ətraflı araşdıraraq həllinə nail olacaqlar.


naxçıvan müəyyən muxtar qəpik nəqliyyat respublikası sərnişindaşıma xidmətinin şəhərdaxili dövlət səbəb qiymət olunan gündən tərəfindən olması onlara xidmət sürücülərin qaydaya

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Yollarda görünüş məsafəsi məhdudlaşıb - DYP

Yollarda görünüş məsafəsi məhdudlaşıb - DYP

  • 0
  • 0
  • 16
dumanlı görünüş məsafəsi ötmə yetirmək manevr etmə qaydalarına təhlükəsizlik zamanı diqqət ciddi cihazlarının şəraitinə həddini sürət olmaq uyğun seçmək riayət
Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla” bağçası ətrafında qalmaqal

Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla” bağçası ətrafında qalmaqal

  • 0
  • 0
  • 29
lətifə həyat şirkətin keçmiş bağırova görə İskəndər ildə müraciət lisenziyanın üzrə şirkət qanuni uşaq kinderville” təsisçisi yoldaşı körpələr verilmiş fəaliyyəti
Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB

Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB

  • 0
  • 0
  • 86
xidmət artırılacaq layihələr İcraçı sonuna çeşidləri qədər tƏbİb davamlı xarakter daşıyır yeniliklər görə açıqlamasında dövrə jurnalistlərə sözlərinə deyib istiqamətlərdə üzrə
Daha bir bloqer həbs edildi

Daha bir bloqer həbs edildi

  • 0
  • 0
  • 74
edən şəxs olunub baxılması üçün məhkəməyə edilərək həbs maddəsi protokol tərtib göndərilib məhkəmənin etiraf ağaquliyev müddətinə qaydada əməlin qərarına məcəlləsinin
Azərbaycanlıların bank kartları belə talanıb - TƏFƏRRÜAT

Azərbaycanlıların bank kartları belə talanıb - TƏFƏRRÜAT

  • 0
  • 0
  • 106
kiberdələduzluq beynəlxalq istifadə azərbaycan qanunsuz şübhəli mühafizə vətəndaşları bağlı yüksək üzvləri digər müxtəlif edərək ediblər idarə maliyyə daxili edən vəsaitlərini
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

  • 0
  • 0
  • 39
ildə ölümü yerlərində göstərici doğulana kənd şəhər göstəricisi azərbaycanda əsasən şəhərlərdə düşüb halda təşkil nəfər düşən təxminən artıb qeydə 7news

Xəbər lenti

  • Azərbaycan neftinin qiyməti açıqlandı

  • Yollarda görünüş məsafəsi məhdudlaşıb - DYP

  • Qazaxda 33 yaşlı kişi bıçaqlandı: Məktəbli saxlanıldı

  • Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

  • İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

  • Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

  • Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla” bağçası ətrafında qalmaqal

  • “General Hospital”ın baş həkiminin məhkəməsi başlayır

  • ABŞ-da Konqresə aralıq seçkilərində bir sıra seçki məntəqələri bağlanıb - YENİLƏNİB

  • "Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib" - DEPUTAT

  • Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB

  • Qəzzada ölənlərin sayı 74 min 615-ə yüksəldi

  • Mayon vulkanında son 24 saat ərzində 13 vulkanik zəlzələ qeydə alınıb

  • İkinci Dünya Müharibəsi dövrünə aid təyyarə satıldı

  • Hindistanda etnik qruplar toqquşdu: 5 ölü

ƏN ÇOX OXUNANLAR

  • Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...

  • Nigeriyada Boko Harama qarşı hava zərbəsi: 44 terrorçu məhv edilib

  • Elşən Gəncəvi İstanbul şəhərində beynəlxalq mukafata layiq görülüb

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

  • Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

  • Haqqımızda
  • Reklam
  • Azerforum
  • Vakansiyalar
  • Əlaqə
Copyright © All rights reserved.