RU
İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub - YENİLƏNİB
16:10
50

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub - YENİLƏNİB

İran ərazisində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

15.51
Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

Yeraltı təkanlar saat 15:47 radələrində qeydə alınıb.

Təkanlar 10-15 saniyə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ