RU
Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədi
19:00
355

Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədi

Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən həmin ölkənin vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı "DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən 7NEWS.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ