RU
Naxçıvanın daxili işlər naziri ev dustağı oldu
09:03
1387

Naxçıvanın daxili işlər naziri ev dustağı oldu

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb. 7news.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ