RU
lombard
Nazir Bakı merinin qardaşını işdən çıxarıb - FOTO
19:50
174

Nazir Bakı merinin qardaşını işdən çıxarıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edibmiş. 

Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Aydın Əzizov qulaq, burun, boğaz  həkiidir./Qaynarinfo

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ