RU
Nazir: “CAR Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutub”
14:49
418

Nazir: “CAR Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutub”

"CAR Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutub. Bu, Azərbaycan üçün çox önəmlidir”.  

 

7news.Az-ın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikasından olan həmkarı Maite Nikoana Maşabane ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, 2014-cü ildə CAR-da səfərdə olduğunu xatırladıb: "CAR-la Azərbaycan arasında əməkdaşlığı neçə ildir gücləndirməyin yollarını araşdırırıq. Hesab edirik ki, regional təşkilat olan Afrika İttifaqı daha böyük rol oynamalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi barədə məlumat verdim. İkitərəfli əlaqələri müzakirə etdik və razılığa gəldik ki, ADA Universiteti ilə CAR-ın Diplomatiya Akademiyası arasında anlaşma Memorandumu imzalansın”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ