Nazir Hətəmov Cənub bölgəsinin uca zirvəsində uyuyan,dağlar oğlu qəhrəmanımız Pəncəli Teymurovu ziyarət etdi
Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”
Bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu şəhidin ailə üzviləri ilə birlikdə ziyarət edərək önünə gül dəstələri qoydular.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edə ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür.
7News.Az















